Adilə.Səfərova : - Ağırdı şələn, dünya

Bürünmə qəmə, dərdə
Kədərdən ələn, dünya .
Yönünü çevir mərdə,
Sevincə bələn ,dünya.
Olma daha sitəmli,
Baxma üzümə.qəmli.
Bir üzü gözü nəmli,
Bir üzü gülən dünya.
Yol getmə nəşəliylə,
Durul haqqın səsiylə.
Sönməyan məşəlinlə,
Zülməti silən dünya.
Gahdan açırsan eynim,
Gah ağladırsan... neynim.
Az sıx, zərifdi çiynim,
Ağırdı şələn ,dünya.