Əbülfət Mədətoğlu

Gözüm bir ölü nöqtəyə -
İlişib, qalıb bayaqdan...
Çıxarıb öz qarşısına -
Qəm , məni asıb ayaqdan!..
Ağlımın ucu ütülüb
Əlim gücünü itirib...
Nə əkib, nə də bitirib -
Mən tutum hansı dayaqdan?!
Cansız, nəfəssiz şəkiləm! -
Demə, xatirə əkirəm!..
Nəyi və niyə çəkirəm -
Yoruldum, hər gün saymaqdan!