Muraddan etiraz : - "Necə oldu ki, məktəb çantası 10 kiloqram oldu?" -

Gündəm 08:35 / 17.09.2024 Baxış sayı: 665

Aparıcı-müğənni Murad Arif dərs saatlarının və dərs yükünün çoxluğundan şikayətlənib. 

Yenises.az bildirir ki, bu barədə  Murad  Arif sosial şəbəkədə yazıb:

"Məktəblərdə gündə 8 dərs keçilməsini Çin və Koreya ilə müqayisə edir populist vətəndaş. 7-ci sinifdə gündə 8 dərs? Mənim uşağım niyə Fizika və Cəbrlə yüklənməlidir, əgər rəssamlığa yönəlirsə? Yəni normativ niyə bu qədər ağır olub?

Necə oldu ki, 3-cü, 4-cü, 5-ci sinif uşaqlarında əlavə müəllimlə hazırlıq ehtiyacı yarandı? Necə oldu ki, 3-cü sinifdə oxuyan 25 kiloluq uşağın məktəb çantası 10 kq oldu? Necə oldu ki, bizim nəslin 8-də bildiyini uşaqlar 3-cü, 4-cü sinifdə əzbərləməlidir? Necə oldu ki, bir sinifdə 45-50 uşaq təhsil alır?".