Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Gündəm 20:59 / 01.04.2024 Baxış sayı: 1050

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. 

Müdafiə Nazirliyindən Yenises.az-a verilən məlumata görə, Azərbaycanla şərti sərhəddə qoşunlarını cəmləyən və hücum xarakterli dayaq məntəqələr quran Ermənistana xəbərdarlıqda deyilir: 

"Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək".