Faiq Balabəyli - DÜŞDÜM.

Ədəbiyyat 12:21 / 08.12.2025 Baxış sayı: 124

 

Sənin toy günün İdi, toya gələ bilmədim

"Vağzalı" haray çəkdi, haya gələ bilmədim

Baharda gələcəkdim, yaya gələ bilmədim

Yolumda tufan oldu, borana-qışa düşdüm.

 

Soldu, soluxdu güllər yarpaqlar həşəm oldu,

Elə, o vaxtdan bəri sızlamaq peşəm oldu.

Bu həsrətin odunda qovrulan, bişən oldum

Mən başa düşülmədim, qana, qarğışa düşdüm.

 

Nə dəydim mən xətrinə, nə saxladım xətrini,

Elə xəyallarımda mən qoxladım ətrini.

Qaldır gözünün üstən kipriklərin çətrini

İslandım göz yaşından, yenə yağışa düşdüm.