AY Bəniz Əliyar - Taleyim bir qurd misallı...
Taleyim bir qurd misallı,
iti arxalı çox oldu.
Eşşəyi qatır yerişli,
atı yorğalı çox oldu.
Açammadım qıfılları,
çox döydüm, çox,
qapıları.
Qapılarda zırpıları
görüb, qorxalı çox oldu.
Daha qəm batmır gözümə,
dözüməm,
özüm dözüməm.
Kim idi düşən izimə,
bəxti yığvalı çox oldu.