MƏMMƏD İSMAYIL ƏBƏDİ OLARAQ YAŞAMAĞA QADİRDİR...

YAZARLAR 12:00 / 21.08.2025 Baxış sayı: 8668

 

Dünyaya göz açdığım gündən, dilim söz tutar-tumaz Mirzə Ələkbər Sabiri, Məhəmməd Füzulini, Səməd Vurğunu, MikayılMüşfiqi, Əhməd Cavadı, Rəsul Rzanı, Sərdar Əsədi... ürəkdən sevmişəm.Onların qanadlı misraları ədəbi aləmin səmtini tapmaqda mənə bələdçilik edib. Sohralar, Məmməd Araz, Əli Kərim... Məmməd İsmayıl poeziyasın vurğunu, pərəstişkarı olmuşam.

Məmməd İsmayıl, Fərman Kərimzadə, Məmməd Aslan, Səyavuş Sərxanlı, İsa İsmayılzadə, Nüsrət Kəsəmənliylə... məni uzun illərboyu Azərbaycan Əlyazmaları İnstitutunda Işləyən, bu gün ömrünün müdrik yaşlarında yaşayan əmoğlum (atalarımız dost-doğma əmioğlu olublar.) Ağac üzərində yaratdığı möcüzəvi əsərləriylə, yaxın-uzaq ölkələrdə bənzərsiz əsərlər müəllifi kimi tanınan Seyfəddin Mənsimoğlu (Məmmədvəliyev) tanış edib.

Məmməd İsmayıl AZTV-də baş redakor işləyərkən gənc aktyorlar tərəfindən 4 şeirim oxunub. Bir dəfə də özüm çıxışa qatılmışam.

Yetmişinci illərin sonlarına yaxın Məmməd İsmayılın yeni şeir kitabı barədə “Kolxozçu-Xudafərin” qəzetində 3 “qrankaya” yaxın məqalə yazıb çap etdirmiş,

Adını bu gün xatırlamadığım bir nəfərlə özünə göndərmişəm. Bu günün özündə də arabir xatırladığım: “BU DAĞLARDA MƏCNUN OLUB QALA BİLƏRƏM, BİRDƏN-BİRƏ APAMAYIN MƏNİ GÖYGÖLƏ,,,” adlı şeiri məni məftun edib....

Yeri gəlmişkən, keçmiş köçkün rayonlarımız işğala məruz qalarkən Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeynin direktoru Tariyel Abbaslının fədəkarlığı sayəsində muzeyin eksponatlarının demək olar ki 90-95 faizi xilas olunub. Və bugün də muzey Bakı şəhərində fəaliyyətini davam etdirməkdədir...

Fürsətdən istifadə edib, dostum Tariyeldən və muzeyin hazırkı direktoru Aytən Fətullayevadan xahiş edirəm,həmin yazını tapıb bir surətini mənə çatdırsınlar. Əvvəlcədən təşəkkürümü bildirirəm...

Məmməd İsmayıl istedadlı olduğu qədər də vətənpərvər, dürüst insan idi. Türkiyədə uzun illər ərzində ali məktəblərdən birində çalışdığı vaxtlarda milli ədəbiyyatımıza misilsiz töhfələr bəxş elədi...

Məmməd İsmayılın şeirlərinin deməkolar ki hamısı şah misra, şag beyt, şah bəndlərlə zənginid:

“Sən mənidünyaya gətirdin ana,

Sənisə dünyadan aparıram mən”

***

“Hərdən üz çevirib taleyə, baxta,

Çıxdığı səfərdən qorxub qaçan var.

Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var.

***

“Bizi səsləyirdi verdiyi vaxtda,

Biz hələ dünyaya gələnə kimi.

Bir adam yol gedir bizdən qabaqda,

Anadan olandan ölənə kimi.”

***

“İnanma, qəm qəmə yovuşar çətin,

Düzlüyün eləsi, beləsi yoxdu.

Kərəm sevgisinə qovuşar çətin,

Kimin ki, qarşıda Lələsi yoxdu”.

*

“Talanar sevdalar, bulanar sular

Yağanda hicranın kəpənək qarı.

Ürəklər qırılar, yollar ayrılar,

Olmasa qabaqda bir İpək qarı.

Yaz da Yer üzünə boşuna gəlmir,

Boşuna sovuşmur ağır xatalar.”

***

“Yolundan döndərməz duman da, çən də,

Kiminsə sözünü deməyə gedir.

Yerin bu üzündən duyuq düşəndə

Yerin o üzünə köməyə gedir.”

***

“Kələfin ucunu axtar özündə,

Hazır ol qəfildən gələn qəmə də.

Ağ atlı oğlan var bu yer üzündə,

Çıxar qabağına hər məhkəmədə”.

***

“Nədir anaların dilində muraz,

Görən gələcəyi gözündən öncə?..

Maşın işığına bənzəyir bir az

İnsanın əməli özündən öncə.”

***

“Bir nurlu sahil var hələ sabahda

Qaranlıq sulara yol açar avar.

Bir adam yol gedir bizdən qabaqda,

Amma bir adam da bizdən sonra var!”

***

“Ha dadın ağzında qalmadı dadı,

Çəkilməz dərdləri çəkən bədən – biz.

Bu dünya yerində qalan dünyadı,

Qoynundan əliboş keçib gedən – biz”.

***

“Nә edәk, bir elin günahı varsa,

Ya bizi yox elә, ya bizә gün ver.

Allah, o günahı qurban yuyarsa,

Qurbanın mәn olum, mәnә ölüm ver.”

Məmməd İsmayılın ölüm xəbəri onu sevən milyonlarla insanlardan biri kimi məni də sarsıtdı. Tovuz camaatı çox xətirli-istəkli camaatdır. İyirmi ilə yaxındır ki böyük qızım çörəyini halallıqla qazaan bir böyük nəslin gəlinidir. Könlümdən keçdi ki Şairin dünyaya göz açdığı kəndin ulu qəbristanlığını vəsiyyəndə özü-özünə”fəxri xiyaban” seçdiyi Əsrik Cırdaxan qəbristanlığında onun dəfn mərasimində heç olmasa iştirak edim. Ancaq indiki səhhətim buna imkan vermədi. İnşallah, bir az dirçələn kimi gedib onun “son mənzilini” ziyarət edəcək, doğmalarına, şairə qəlbən bağlı olanlara başsağlığı verəcəyəm. Ruhu şad olsun!...

İSMAYIL MƏRCANLI İMANZADƏ

21.08.2025