Ələddin Əzimli - XƏBƏR
Həyatımızı zəbt edən olaylara
Baş açmadım
bu gəlişdən, gedişdən.
Ağrı doli bu yoldan,
qəm yüklü iismarışdan.
Arı çəkdi çiçəklərin
şirəsini, şəhdini,
dünya dolu ətrini
cəmlədi yuvasına.
Yeyən yedi,
yeməyənlərbir-birinə
baxa-baxa kiridi.
Bəd xəbərin
yolu rahat, yaxındır.
Min oyundan çıxanlar
yamanca arxayındır.
Amma çoxu unudub
gedəcəyi səmtini.
Elə bilir
adlayıb gədikləri
çoxdan geridə qalıb
yoxuşların çətini.
...O qara quş
nədir elə,
uçur bizlərə sarı,
dimdiyində nəsə var.
Bixəbərdir
bu olaydan adamlar.
Hələ ki sevinirlər,
sanki qarşıda xoş xəbərlər,
sevgi var,
çal-çağır var !!