Şövkət Zərrin Horovlu- Dur gedək
Zaman daha bizi demir
Qeyb olanlar geri gəlmir.
Dünya məni yaman sıxır,
Gümanlarım boşa çıxır.
Yarımadım mən heç səndən,
Vüsalından, nə sevgindən,
Əldən gedib hər nəyim var ,
Yerin doldurmur xəyallar.
İllər də tökülüb gedib,
Dörd yanım çəkilib, gedib.
Özüm də küsüb özümdən,
Dözüm çəkirəm ,dözümdən.
Qalanlara vida -deyək-
Dur gedək , ömür, dir gedək!
Analı dünyamı gəzək,
Laylası ömrümə bəzək.
İsti bir qucaq axtaraq,
Bir künc , bir bucaq axtaraq.
Səs-soraqsız itənləri ,
Məzar -məzat bitənləri,
Bir-bir soraqlayıb tapaq,
Əzəl yuvamda quş kmi,
Ocağımda bir daş kimi,
Düşüb qalım,
Bu qürbətdən qisas alım.
Vaxt axırımıza çıxır.
Getməliyik əvvəl-axır,
Gəl bu qürbəti tərk edək,
Dur gedək, ömür, dur gedək!