Adil Şirin - İlahi, qan qoxuyur
* * *
İlahi, qan qoxuyur
Dünyanın səhərləri.
Havadan bombalanır,
Müsəlman şəhərləri.
Gül qoxulu bir uşaq,
Solur divar dibində.
Atasının şəkli var
Bir qatilin cibində.
Bülbüllə, güllə, qanla
Süslənir xatirələr.
Unutmayın insanlar,
Unutmayın xalıq var...
İlahi, qan qoxuyur
Müsəlman şəhərləri.
Ağlayır qoca şərqin
İxtiyar şairləri.
Nə sən məndən fərqlisən,
Nə mən səndən fərqliyəm.
Lə İlahə İllallah,
Mən şərqliyəm, şərqliyəm...