Kəramət : - Həmişə bir "SƏN" OLMALIMI?

...var..özü də elələri var ki, heyrətlənməz məni də heyrətləndirirlər,,, musiqi duyumuyla, sözə canlı yanaşımıyla, düşüncələrini olağanüstü yetişgənliyilə, hələ mən binəvanın misralarının mübhəm-gizlədiyim, sözcüklərin alt qatındakı duyğulara işarə vurmaqlarıyla...
İnsan tərəfdə olan TƏRƏF olmur.
"Bəs nə istəyirsən Ki" soruşuram özümə...lap qədimdən Parnandesin "DOĞA"snda da
Aynı şeydir benim için; nereden başlasam,
oraya yeniden döneceğim geri.
Zorunlu hem söylemek hem de düşünmek var olanın olageldiğini;
zorunludur zira var olması, hiç ise yoktur.
...lap elə Aşıq Cüma demiş.....Y(Q)ANAN YA BİR OLAR , YA İKİ?
Hə, özümü anladım...kütləvi nadanlığın var olması məsələ deyil, məsələ kölə düşüncəsinin diktator gücü-basqısıdır, nümunəyə çevrilib sabahımızın vitrinindən asılması...və nəhayət 3-4 ADAMI yan-yörəndən, Virtual dünyanda da itirmək qorxumdur....
Çayxanada-meyxanada , munis münasibətim olan sevgili dostlarıın bu basqının əsiri olduğunu gördüm və mən "NİYƏ ONLAR KİMİ DÜŞÜNMÜRƏM"-deyiləmlə gizli-aşikar yarğılanmağım-yağılıqlarını da gördüm....
Bütün ətraf üçün ən təhlükəli "O-lar kimi olmamaqdır"...bütün zamanlarda, hər yerdə..
Bizdəki məsələnin fəciliyi bir ayrı söhbətdir...Əli Kərim demiş hamı "NADANLIĞIN BU SEVİMLİ, HÜR BALASI"....
Ölkə də, adam da qanunsuz-Kitabsız yaşaya bilər, hər yerdə fahişənin də, oğrunu qatilin də ƏXLAQI var (Əxlaq kodeksini nəzərdə tutmuram)...nadanın da..bizdə alimin-şairin-bu öndə gedənimizin əxlaqıi problemi var, tutacaq yerləri yoxdur...ki...deyəsən ki, BU o-dur.
Və bütün hamını öz günlərinə salırlar ki, ..GÖRÜRSÜZ, HAMI BİZİM KİMİDİR-BOMBOZ, HƏLƏ BİZ YAXŞIYIQ...
Hə buradan o 5-3 ADAMa salamlar olsun......
Şeir yazanda belə şeylər ağlımın ucundan keçmir, amma fikir bölüşəndə...olur.
Göndər