Kəramət : - ELMİN İRQİ OLMUR (Özəl baxış)
SƏNƏTLƏ ELMİN FƏRQİ
...Əziz Sancar ABŞ elminin təmsilçisidir. Anadan türkmü, kürdmü, fransızmı doğulması onu doğulduğu ölkənin alimi yapmaz. Yəni hansı elmi labaratoriyadan qidalanıb, bəhrələnib, yetişmisənsə ora aidsən.
Fiziki və mənəvi cəhətdən canını götürüb qaçan , Fransada elmi nailiyyət qazanan fars İran-fars alimi deyil Fransanı təmsil edir.
Və sairə. Mübahisəsizdir, ən azından, mənim üçün.
Ağalarov RF, Mənsimov da TC ərazisində biznes fəaliyyəti qurduğundan ora aiddilər, yenə və sairə. Bura qədər endirdim ki, anlaşılsın. Bir də ELMin milləti, dini olmur.
UTANMALI OLDUĞUMUZ HALIMIZLA FƏXR EDİRİK.
Münbit şərait tapsaydı, dəyər görsəydi gedib ABŞ-da, Kanadada öz fəaliyyəti üçün məkan aramazdı ki?
Qoy bunu da deyim ki, TC vətəndaşları Avropaya qaçır; hər anlamda-beyin köçündən tutmuş fiziki yaşama qədər. İndi TC universitetlərini tərk edir tələbələr kütləvi şəkildə. Sizcə niyə? Bir təhsil ki...heç nəyə yaramır, kimə lazım axı, ay müsəlman, ay türk, ay ərəb, ay fars və sairə?
BİR SÜRÜ BOŞBOĞASIZ HEYVƏRƏLİK ADƏTİMİZ...
(M. Ə. Sabir)
İnanın ki, sənətdə, elmdə də bu boşboğazlıqdan irəli gedə bilməmişik.
Yerlibaz, dəstəbaz, tayfa-hampa beyinsizliyilə, MAĞARA TƏFƏKKÜRÜLƏ özünü bir zadmı sanırsan? Vallhi də-billlahi də O KİŞİ elə düz deyib:
GÜLMƏILİSƏN XANEYİ-XƏRAB.
Elm-bilim populizmi, yalançı vətənpərvərliyi çoxdan rədd edib.
Biz isə qovduğumuz, öldürdüyümüz bambaşqa bir coğrafiyada öz potensiyasını üzə çıxarmasını saxlayan, yetişdirən ölkələri bir kənara qoyub arxeoloji qazıntılardan O alimin hansı irqə, dinə mənsubluğunu aramaqla ikiüzlülük edirik. Halbuki, indi də nəihki elmdə, sənətdə də kimin istedadı varsa çürüdür, mühacirətə məcbur edirik...sonra deyək ki, bax onun babası-nənəsi bizdəndi...
Dünyanın heç bir normal ölkəsi ELMİ irqə, dinə endirməz.