Faiq Balabəyli : - GEDƏCƏM

Ədəbiyyat 09:55 / 28.12.2024 Baxış sayı: 319

 

Heç kim bilməyəcək,

səssiz çıxıb gedəcəm

Tək və tənha... xəlvətcə,

sənsiz çıxıb gedəcəm.

 

Nə dağ olacam, nə qaya

Bulud tək qalxıb səmaya

Mənsəbi bilinməyən çaya

Su tək yağıb gedəcəm.

 

Gövdə üstə budaq-budaq

budaq üstə yarpaq-yarpaq

yarpaq üstə bulaq - bulaq

Sızıb, axıb gedəcəm