Ehtiram İlham : -  Bu dərd deyiləsi deyil,

 

Ədəbiyyat 09:15 / 28.12.2024 Baxış sayı: 394

Bu dərd deyiləsi deyil,

Sözündən böyükdü, Allah.

Bir bəxti şeytan ki, cızıb,

Yazından böyükdü, Allah.

 

Gör nəyə çatdı qüdrətin...

Gözü çıxıb həqiqətin.

Neyləsən də... qəbahətin

Üzründən böyükdü, Allah.

 

Beləmi qurdun aləmi?

Elə buymuşsan, deməli.

Şahlıq döy, bir kasıb qəmi

Yüzündən böyükdü, Allah.

 

Qana döndü sabahların,

Fəryadı bitməz ahların.

Bu Allahsız günahların

Özündən böyükdü, Allah...

26.12.24.