Fərhad Tapdıqoğlu : - Çil.

YAZARLAR 08:52 / 28.12.2024 Baxış sayı: 360

 

                                                                                   (hekayə)

Aydın kişi hava işıqlaşan kimi yerindən qalxıb, həyətə düşdü.Meyvə ağaclarına cücülərə qarşı hazırladığı dərmanı çil-əməyə başladı.İşini qurtarandan sonra isə toyuqlara dən səpdi.Çil toyuğa baxanda ,dodağına anidən təbəssüm qondu.Tamaşaların birində çil toyuq haqqında olan mahnını zümzümə elədi:

" Mənim toyuğum çil- çil idi ,

Qanadları pil- pil idi.

Toyuq deyil,bülbül idi.

Səni yanasan toyuq aparan.

Odlanasan toyuq aparan."...

Oturacaqda əyləşib fikrə getdi Aydın kişi...

...Aydın rayon mərkəzinə yaxın kəndlərdən birində yaşayırdı.Yetimçiliklə böyümüşdü. Uşaq vaxtı həmyaşıdları ilə " çil-ungağac da oynamışdı,"çil-əmə" də, "eşşək beli" də, "dirədöymədə",top da qovmuşdu...Çox savadlı olsa da,ali təhsil almamışdı.

Bütün fənnləri demək olar ki, pis bilmirdi.Tarixi də,coğrafiyanı da,botanikanı da,fizikanı da,ədəbiyyatı da....

Təkcə Azərbaycan tarixindən deyil ,dünya tarixindən də məlumatlı idi.

İstəyirsən ona ingilis siyasətçisi və dövlət xadimi,Böyük Britaniyanın baş naziri Vinston Çör- çilin həyatından sual ver,istəsən Çil- i dövlətindən ,istəsən Kanadanın Çer-çil şəhərindən ,o çox fikirləşmədən cavab verərdi.

Yaxud ,vaxtilə Şahilan adlanan Çil-ov adasından,lap elə Xaçmazın Çil-əgir gölündən,Qusarın Çil-əgir kəndindən verilən sualları da cavabsız qoymazdı..

Xalqımızın adət- ənənələrindən də məlumatlı idi.Böyük çil-lə bayramı,Şəbi Yelda bayramı cənub zonasında ən gözəl bayramlardan biridir .Bu bayramda hər ailədə soyuqluq rəmzi olan qarpız,Günəşin rəmzi olan ağ boranı olur.Nişanlı qızlara qırmızı lentlə bəzənmiş qarpız aparırlar bu bayramda.Böyük çil-lə bayramında hər kəs bir dilim qarpız,bir dilim də boranı yeyir....

Çil-ədağı bitkisinin xeyri barəsində kitablardan çox oxumuşdu.Çıl- dıran döyüşündən də məlumatlı idi.Uşaq vaxtı bərk qorxduğundan onu " çıl- dağ "da eləmişdilər.

Meyxanada ən çox bəyəndiyi Ağasəlim Çıl-dağ idi...

Həyat yoldaşı Çil-əbəyim də həmin kənddəndir.Böyük çil-lədə anadan doğulduğundan adını valdeynləri Çil-əbəyim qoyublar.Aydın kişi ilə Çil-əbəyim arvadın bir neçə ildən sonra dünyaya gələn ,aman- zaman bir oğulları vardı.O illərdə Çil- əbəyim türk serialı olan "Çil-ək kokusu " na da baxmışdı ,başqa seriallara da.Oğluna da adı özü fikirləşmişdi: Ər-çil .

Ər-çil Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.İki ilə yaxın kənd bələdiyyəsində işləyəndən sonra onu icra nümayəndəsi təyin etmişdilər.

Hər axşam evlərində evlənməkdən söz düşəndə Ər-çil mövzusunu dəyişirdi...

...Beləcə, Aydın kişi rayon mərkəzində uzun illərdi mexanikləşdirmə idarəsində ( hal- hazırda şirkət) çil-ingər işləyir.Qonşusu 90 yaşlı Bəyaz nənə ona " çil- ingir Aydın deyir.Aydın sonralar öyrənir ki , elə Çil- ingir adı da var.

...Aydın kişi gecə yuxusunda aydınlıq rəmzi olan su görmüşdü.Arvadını səslədi:

-Ay arvad ,dur gəl yanıma.

Çil-əbəyim qazın üstünə su dolu çaydanı qaynamağa qoyub,ərinə cavab verdi:

-A kişi,işim çoxdu,çil- çırağı da silməliyəm.Axşam da büllur vazanı əlindən salıb ,çil- ik - çil- ik elədin.Görüm onun yerinə nə qoyuram.

- Eybi yox ,sadaladıqların işləri görərsən ,tələsmə.Gəl bura.

Çil- əbəyim arvad həyətə su çil- əyib,həyat yoldaşına yaxınlaşdı .

---Ay arvad ,gecə yuxumda su görmüşəm.Deyirəm bəlkə Ər- çil- i yola gətirdik,evləndi.

-Ay kişi, o günü yenə çil- li qızları bəyəndiyini dedi.

Hanı kənddə çil- li qız var.?Deyir ki,"çilli qızlar inanca görə Günəşin övladlarıdır.Qızlar böyüdükcə çil- lər onu çox gözəl göstərir.

-Yaxşı arvad,görək neynirik .Biz də yaşa dolmuşuq ,amma hələ də yeganə övladımızın toyunu görməmişik..

Ər- çil də yuxudan oyandı,ata- ana ,oğul səhər yeməyi yedilər .

Valideynlər yenə evlənməkdən söz açmaq istəsələr də ,Ər- çil işə tələsdiyini dedi:

-Ata ,bu gün məktəb direktoru yanıma gələcək.

Deyir ki,kəndə bir təzə müəllimə gəlib,ona bir mənzil tapaq ,qalsın.

Çil- əbəyim ana:

-- Gətir bizdə qalsın- dedi....

Darvazadan çıxan Ər- çil anasının dediklərini eşitmədi.

İcra nümayəndəsinin otağına məktəbin direktoru ilə bir çil- li xanım daxil oldu.Baxışlar toqquşdu.Bu o idi..

... Universiteti bitirən Ər- çil dənizkənarı bulvarda gəzərkən bir oğlanın qızların birinin əl çantasını alıb ,qaçarkən ,oğrunu yaxaladı ,çantanı alıb qızlara qaytardı.Çil-li qızla Ər- çilin baxışları toqquşdu...Qızlar uzaqlaşdılar,hərdən çil- li qız gedə- gedə arxaya boylanırdı...

İki gün ard- arda bulvara gəlsə də,çil- li qızı bir daha görə bilmədi.

...Azərbaycan Pedaqoji Unuversiteti bitirən Çil- ənay ,işə düzəlmək üçün imtahan verib ,lazımı balı toplayıb ,bu kəndin məktəbini seçmişdi.Riyaziyiyyat fənnini tədris edəcəkdi...

Çil-ənay da Ər- çii- i tanıdı....

.... Aydınla Çil- əbəyimin sevincləri yerə - göyə sığmırdı...

... Nişanlılar ,Ər- çil-lə Çil- ənayın toyları kiçik çil- lə bitəndən sonra,boz ayda Novruz bayramı qabağı olacaqdır....