Kəramət : -  ƏDƏBİYYATIN OYUN SAHƏSİ ...

Gündəm 08:34 / 19.11.2024 Baxış sayı: 354

 

BİLGİ AĞACININ ZƏHƏRLİ MEYVƏLƏRİ

...sən bunun adını "yaradıcılıq labaratoruyası", "Bədi düşüncə müstəvisi" kimi vəsvlərlə bəzəyə bilərsən ki alimanə görünsün, avam adamların gözlərini parıldadasan.

Oz meydançan yoxsa, başqasının qurduğu ədəbi meydançada oynayacaqsan. Təbii ki, bədii düşüncənin oyun qaydalarına uymaq zorundasan. "İzm"ləri, janrları (şəkilləri) sən yaratmamısan, sənin -mənim düşüncə ağacının məhsulu deyil. Toplum olaraq, tarixi keçid mərhələrini başqalarının aşmasıyla öyrənmişik, iz varsa, getmək olar, qorxumuza yer qalmır, belədi.

Yeni düşüncədən, ərazidən, tanımadıq tale-adamlardan qorxuruq..rahatlıq aramaqsa, yaradıcılıq deyil, sən bunu məndən yaxşı bilirsən.

Zehnində qurduğun meydança nədir bəs? Sənəqədərki zehni təcrübə, tarixi köklər, gövdə...əgər bunları mənimsəməmisənsə, ümumiyyətlə, əvəzedici oyunçular skamyasında da sənə yer verməzlər.

"Tanrı zər atmağı sevməz" deyirdi Eynşteyn, mənim də xoşuma gələn deyimdi. Amma bizlər-insanlar Tanrının yer üzü boyda nərdtaxtaya atdığı zər(lər) deyilikmi?-düşündüm. Əlbəttə, Tanrı oyunun nəticəsini qabaqcadan bilir, qənaətini gücləndirirdi dahi Albert.

TANRININ UĞURSUZ OYUNU...pıçıldayıram öz-özümə.

"Seçilənlər" adlı essem vardı, xatırlayıram, orda yazmışdım ki, yaratdığının yaradıcı olmasını istəməyən Tanrı, yaradıcı insanları cəzalandırır həmişə. Düşüncəmi davam etdirirəm.. Tanrı uğursuz yaradıcıdı, problem yer üzündə-meydançada da ola bilər.

"Zamanın qısa tarixi"ndə (S. Havkinq) Yerin tükəndiyi, insanın yeni yerə-meydançaya ehtiyacı olduğunu vurğulanıb, onu da xatırladım. Bəlkə biz təbiətlə, həyatla doğru "rəqs" etməmişik..guya gedib başqa yerləri də korlamayacağıq, hörmətli alim-peofessor. Yox, sən sadəcə zaman təsbitində haqlısan.

Başqa zaman meydançasında bu zamandan heç nə qalmayacaq..

Belə bitirim: Yaradıcılıq uğursuz cəhdlərdi