Hikmət Hacıyev ermənilərə göndərilən SMS-lərdən DANIŞDI

Gündəm 15:52 / 19.09.2023 Baxış sayı: 1299

"Anti-terror əməliyyatının keçirilməsində məqsədin hərbi infrastrukturu zərərsizləşdirməkdir". 

Yenises.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici KİV-ə müsahibəsində deyib. 

Hikmət Hacıyev əlavə edib ki, yerli erməni əhalisinə terrorizmlə mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS mesajlar göndərilib: "Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq tələb olunub".