Həzi Həsənli ŞEİRLƏR

Ədəbiyyat 08:41 / 08.09.2024 Baxış sayı: 551

Bürüdü şəhəri tüstü və duman,

Kədərli göründü həyatın sonu,

Şəhərdə tüstüdən boğuldum, aman,

Ucqar bir obaya düşübdü yonum.

 

Göyləri bəzəyib durnanın köçü,

Bir həsrət qoxuyur obanın içi.

Burda insan üçün darıxır atlar,

Burda biçənəklər əlvan naxışlı,

 

Biçənək- biçənək xam yeyər, otlar,

Burda kəhər atlar ceyran baxışlı,

Gəlib yandırmasan burda ocağı,

İnsansız obalar olar göz dağı...

 

07.09.2024

 

Yaxşını, yamanı zaman qərq edər,

Yamanlıq eyləsən, yaman qərq edər,

Çalış həyatını mənalı yaşa,

Mənasız həyatı duman qərq edər.

06.09.2024