6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub 

KRİMİNAL 11:06 / 16.09.2024 Baxış sayı: 609

Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub.

Yenises.az xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu məqamda  qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində baş verən yanğında  6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.