Əlizadə Nuri : - Daha bir kimsə yox əl yelləməyə...

Ədəbiyyat
19:44 / 16.09.2024
Baxış sayı: 2437
Zil kimi oxuyur bəmdə bu zalım,
Saldı çox bəndəni bəndə, bu zalım,
Göz yaşı qoymadı məndə bu zalım-
Daha dərd görəndə gülüb keçirəm.
Gördüyüm adamlar kölgə kimidi,
Ümid- üşüdüyüm ölkə kimidi.
Sevincim sonuncu tikə kimidi
Tikəmi hamıyla bölüb keçirəm.
...Gəldin ilk görüşə son söz deməyə?
Sanki cərəyandı toxunsam nəyə.
Daha bir kimsə yox əl yelləməyə-
Əlimi yanıma hörüb... keçirəm...