Kəramət : - İNGİLİS DİLİNDƏ YAPONCA YAZMAQ. VAXTIN OLSA, VUR MƏNİ,

YAZARLAR 10:50 / 16.09.2024 Baxış sayı: 785

İNGİLİS DİLİNDƏ YAPONCA YAZMAQ. VAXTIN OLSA, VUR MƏNİ,

-niyə tələsik qeydlərim bu başlığı "seçdi?", bilmədim.

K. İşuquranın "Məni əsla atma (atıb getmə)" 2005-də çap olunan, 2010-cu ildə ABŞ-da filmi çəkilən son illərin ən məşhur əsəri də alternativ zaman baxışı üzərində qurulub, təbi ki, başqa elementlərlə birgə.

Daim KEÇMİŞƏ baxan OBRAZ mənə yad deyil-di. Müxtəlif, alabəzək əks-səda oyatdı məndə.

Sadəcə, müəllifin dünyagörüş diapozonu, rəngarəng-bütöv qalereya sərgili duyğular axını, mənimsənilən ustalıq valehedicidi.

Keçmişlə yaşayan indili Obraz gələcəksiz dünyanın SOS siqnalımı. Ümidi olmayan , sabahdan əlini üzmüşlər keçmişdən, xatirələrdən mədət umar, oralarda eşələnər ki, görsün yaşamaq üçün stimul tapa bilirmi. Yaddaşın əzabverici, qaçılmaz ağrıları öz məngənəsində sıxar adamı.

İngilis dilində yazılan 100 ən yaxşı roman arasında da sanbala malikdi., xüsusi.

Atasının xidməti işinə görə 6 yaşından İngiltərədə yaşayan sənətkar, əlbəttə, ingiliscə yazıb-yaradıb. Amma yaron mədəniyyəti aparıcı amildi, düşüncə tərzi, dünyagörüşüylə şəkillənir, obrazlanır hər şey.

Burada dil faktoru texniki vasitəyə çevrilir, şərti anlam daşıyır,

Baxış, psixoloji, yanaşma və əsərin ruhu YAPONCADI.

heç nəyi təkcə taleyin gətirdiyi uğurla bağlamaq doğru deyil, amma şərtləri də inkar etmədən.