Gülöyşə Azadqızı, ADPU-nun müəllimi :- Azərbaycanda Elm Günü

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixliSərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsindəqayğı göstərilməsinin bariz nümunələrindən biridir. Bu tarix ölkə üçün əlamətdar bir vaxta –AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.CutCtrl+X
Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Ulu öndər Heydər ƏliyevinAzərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi,elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlətsəviyyəsində böyük qayğı göstərilib,ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 maytarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adıverilib.
Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimidəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxtbu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil AzərbaycanınElmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsindənəyə qadir olduğunu dünyaya göstəribdir”.
Müstəqillik illərində ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasınaadekvat olaraq beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar qazanılıb. Alimlərimizbeynəlxalq elmi qurultay, konfrans və simpoziumlarda elm və texnikanın aktual problemlərindair məruzələrlə çıxış edirlər. Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru MilliMəclisin 2016-cı il iyunun 14-də qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin 2016-cil 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan RespublikasıQanunudur. Bu sənəd müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir.
Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsasprinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin vəmaliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatınınbütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin
maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlətsiyasətinin əsas məqsədləridir.