Alyaska da getdi öz işinin dalınca.-  yazdı Ayaz Arabaçı

YAZARLAR 09:06 / 17.08.2025 Baxış sayı: 2361

Xeyli müddət anonsuna baxıb ümidləndiyimiz Alyaska da getdi öz işinin dalınca.

Alyaskadan möcüzə gözləyirdik, elə bilirdik ki, Tramp “Ələddinin çırağı”nı tapıb gətirəcək oraya,

çırağa oxuyub-üfürəcək, Baydenin cəddini çağırıb içindən tər-təmiz “Made in Amerika” yazılı bir cin çıxardacaq.

Cin-adı prinsipcə Con da ola bilər)) müticəsinə buyur qibleyi-aləm, deyərək arzularını bildirməsini istəyəcək.

Ukrayna və dünyəvi- aləm ümidlə gözləyirdi ki, bu sehrli arzular siyahısına Ukraynanın “azad nəfəs almaq” paketi də düşəcək.

Biz də televiziyonun qarşısında çayımızı içib fikirləşirdik ki, Tramp ki, belə başlayıb hamımız Alyaskaya vizasız gedib, orda balıq tuta biləcəyik.

Əlqərəz, cin, yaxud Con çıraqdan çıxan kimi Putini gördü və dedi:

– Bəy, siz də burdasız?

Putin qayıtdı:

– Mən hər yerdəyəm, hətta sənin cibində də..

Cin dedi:

-Bir arzun varmı?

-Var,Trampı daim dostum kimi göstər.

Tramp dedi:

– Amma mən dost olmaqdan çox şou istəyirəm. Mənim üçün əsas reytinqdir.

Putin cavab verdi:

– Reytinq mənim üçün də vacibdir, sadəcə fərq ondadır ki, sənin reytinqini xalq ölçür, mənimkini isə özüm.

Məsələlər gözünüzün qabağında baş verdiyindən bir də yazıb başınızı ağrıtmayım..

Tramp konfransdan çıxanda saç düzümünü pozmaq istəyən küləyə mətanətlə sinə gərdi.

Putin də balağını qatlayıb dəstəklənən cinə göz vurdu:

Narahat olma, möcüzə yalnız mən istəyəndə olur..