Bəhram Bilaloğlu :- Çatar ünvanına söz...
Çatar ünvanına söz,
Məqsədi varsa adamın.
Ruh verər öz canına,
Məbədi varsa adamın.
Yol alar qibləsinə,
Səcdə kimi şanı olar.
Çatsa söz qibtəsinə,
İlahi fərmanı alar.
Buludun rəngi təhər,
Rənginə bənzətdim onu.
Açılan Sübhü-səhər,
Qəşəngə bənzətdim onu.
Rastıma çıxdığı gün,
Qəmi çəkib oldu güman.
Arzular axdığı gün,
Bir ömürdə durdu zaman.