Fərhad Tapdıqoğlu- Olmuş əhvalatlar

YAZARLAR 22:00 / 16.08.2025 Baxış sayı: 2311

 

=1=

Günəş arvadın onlarda qonaq olan sevimli kürəkəni Elgiz möhkəm içir. El arasında deyildiyi kimi " partamıya düşür".

Çox narahat olan Günəş arvad orta məktəbin yuxarı siniflərində oxuyan nəvəsi Vasifi yanına çağırıb deyir:

--A bala, a bala tez get o Bilal həkimi çağır gəlsin.

Vasif :

---Ay nənə ,Bilal mal həkimidir ee,adam həkimi deyil. Elgiz əmi maldlr ki...?!

Sərxoş Elgiz kürəkənin yanına yığışanlar gülüşürlər.Elə Günəş arvad da gülür.

Kürəkənin əl -üzünə çoxlu su vururlar ,ayran içirdilər...

Elgiz yuxuya gedir,ertəsi gün ayılır.

Elə indi də Vasifin dedyi " Elgiz əmi maldır ki?!" kəlməsini xatırlayanda çöhrələrə təbəssüm,gülüş qonur.

= 2=

Bəyaz nənə hansı evə ,həyətə getsəydi mütləq nəsə çırpışdırardı oradan.Bütün qohumlar da,kənd camaatı da onun əliəyri olduğunu bilib,goz- qulaq olsalar da,o öz " işindən" qalmazdı.

Bir gün Bəyaz nənə orta məktəbi yenicə bitirmiş nəvəsi Kazımla rayon mərkəzində başqa bir nəvəsi gildə gecələməli olurlar.

Hava işıqlaşır.Yuxudan oyanan Bəyaz nənə və nəvəsi Kazım onlar üçün açılan süfrə arxasında əyləşib ,səhər yeməyi yeyirlər.

Bəyaz nənə nəvəsi Kazımı sorğu suala tutur:

---Ay Kazım,nooluf, yaman bikefsən?

Kazım :

---Ay nənə nə olasıdır ee.Yaxşıyam- cavab verir.

Bəyaz nənə:

---Əə ,yox ee,pulu oğurlanmış adamlara oxşayırsan- deyir.

Kazım:

--Ay nənə ,kim mənim pulumu oğurlayar ki?!

Narahat olma- nənəsin sakitləşdirir.

Kazım pencəyinin qoltuq cibində olan pulunun orada olduğuna əmin idi.Gecə yatanda yoxlamışdı.Gecə isə otaqda nənəsi ilə ikisi olduqlarından arxayın idi.

Bir az yol getdikdən nənə - nəvə ayrılırlar.Nənə kəndə gedən maşınlar dayanan istiqamətə ,Kazım isə atasının tanışı gilə yola düşür.

Yenicə siqaret çəkməyə başlayan Kazım dükana girib bir qutu siqaret almaq istəyir.Qoltuq cibinə baxır.5 manatı yoxdur.

Kazım nənəsinin arxasınca gedir.

Bəyaz nənə isə artıq kəndə gedən "Qaz-51 " markalı maşının kabinəsində oturub ,mürgüləyirdi..

Kazım öz- özünə danışırdı:

--Ay səni nənə,inanmazdım ki, nəvəndən də oğurluq edərsən. İndi bildim səhər-səhər niyə " bəlkə pulunu oğurlayıblar " deyirdin?...

... Onu qeyd eləyim ki,Kazımın nənəsi oğurluğu boynuna almadı.

O əhvalatı Bəyaz nənənin nəvələri nəticələrə,kötücələrə də danışıblar...

P.S.Hər iki əhvalatda başqa adlar yazmışam.