Akif   Osmanov : - Türkiyədə səs salan Qazaxlı  boks çempionu     

İDMAN 14:42 / 10.06.2025 Baxış sayı: 6993

                   

 

             Osmanlı Həsən Göyüş oğlu 2002-ci ildə Qazax rayonunun Daş Salahlı

kəndində anadan olub.2008-ci ildə Daş Salahlı kənd orta məktəbinin 1-ci sinifinə

daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. 2019-cu ildə Türkiyənin On doqquz

Mays  Universitetinin idman elmləri fakultəsinin tələbəsidir. Müntəzəm olaraq

7 yaşından boksla məşğul olur. Əvvəllər Azərbaycan Ordu İdman Klubunun

tərkibində çıxış edib. Boks üzrə Azərbaycan birinciliyində 75 kq çəkidə 2-ci və 3-cü

yerləri qazanıb. 2019-cu ildən sonra Türkiyədə tələbələr arasında 1-ci yeri tutaraq

çempion olub.Daha sonra  Türkiyə çempionatında U-22  80 və 86 kq-da bir dəfə

ikinci yeri, bir dəfə də üçüncü yeri tutub. 2023-cü ilin  dekabr ayında isə

Türkiyə çempionatında Böyük Erkəklər arasında çempion olub. Türkiyədə

vətəndaşlığı olmadığı üçün Avropa çempionatına aparmadılar. Mənim yerimə

 finalda nokauta saldığım Emre Yaşarı Avropaya apardılar və çempion  oldu.

            Hazırda Azərbaycan Ordusunda xidmət etmək arzusundadır. İstəyir ki,

 İdman formasından düşməsin və Ordu İdman Klubunun tərkibində idman

kariyerasını davam etdirsin. Yəqin ki, onun bu arzusuna Boks Federasiyası və

 əlaqədar təşkilatlar da müsbət münasibət bildirəcəklər.