Kəmaləddin Qədim : - MƏN BİLİRƏM, BİR O BİLİR...
Ötməkdə ömrün payızı,
Tutmaqdadı qış yerini.
Sına, ha sına bəxtimin
yüz yol sınanmış yerini...
Harda gizlin, sirr, O bilir,
Harda kəm- kəsir, O bilir.
Mən bilirəm, bir O bilir
canımın yanmış yerini.
Baxma, gülüm, ürəyim şam,
Əriməkdə səhər- axşam;
sağ-salamat saxlamışam
sənə inanmış yerini...