Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaq üstə alqışladı - VİDEO

İDMAN 18:15 / 24.05.2025 Baxış sayı: 3411

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında keçirilən 7-ci Etnoidman Mədəniyyət Festivalını ziyarət edib.

Yenisesaz xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Festival ərazisində yerli oyunlara baxan Ərdoğan Azərbaycan komandasının Qarabağ atları ilə akrobatik atçılıq şousunu da izləyib.

Prezident Ərdoğan Türkiyə və Azərbaycan bayraqlarını qaldıran atlıları ayaq üstə alqışlayıb.