Sabir Sarvan.: - Külqabı.
Təkcə
bu külqabının
bax ,burada
çarpayının baş tərəfində
tək əlin çatdığı yerdə olması
və ağzına qədər
ucuz siqaret
böyükləriylə dolması,
bir insanın,
o insanın ki,
bir gündən belə
bir də gec vaxt
görünməyəcək gözə,
bu gecə
tüstülənə-tüstülənə
nələr çəkdiyini
anlatmırmı bizə?!.