Xəyalə Sevil -Səhərə nə qalıb ki...
Ədəbiyyat
10:06 / 17.08.2025
Baxış sayı: 2158
Səhərə nə qalıb ki,
Canı çıxır gecənin.
Yolu adından keçir,
Dilimdəki hecanın.
Gör bir neylədin mənə,
Başına gələr, gəlməz?
Mən də səni tək qoyum,
Xoşuna gələr, gəlməz?
Üzü sənə açılan
Əllərimi qurutdun...
Yaxşı, mən "unut" dedim,
Bəs sən niye unutdun?