Ağaevli Əli Hacı - Qapımızda qıfıl görüb
Ədəbiyyat
11:33 / 02.03.2026
Baxış sayı: 428
Qapımızda qıfıl görüb
küləklərdə çıxıb getdi.
Buludlarda acığını
damımıza sıxıb getdi !
Bu yaş,ömrün gülün töküb,
nağılla söz yerin söküb.
Bir dəli də ağlın töküb
ağlımızı yıxıb getdi.
Yolumuz tərin içində,
durul kədərin içində.
Bir ömrü sağlıq içəndə
yoxluğuna axıb getdi !