Eldəniz Quliyev - Subyektiv baxış
Əlbəttə, bu dünyada heç kim dəli olmaqdan sığortalanmayıb...
Amma, sən demə, dünyanın özü də, eynən insan kimi dəli ola bilərmiş!..
İlahi, sən özün kömək ol, dünya nə etdiyinin, hara getdiyinin fərqində deyil...
Bir tərəfdə Qəzza, digər tərəfdə Ukrayna.
İndi də - İran...
Və bütün bunları törədənlər natamamlıq kompleksi ilə yaşayan (yaşayanmı?!), ağlını itirmiş, hikkəli dövlət başçılarıdı.(?!)
Budur, belə yaramazlardan ikisi (biri narsis, biri faşist) birləşib indi də İrana, - tarixi, dili, dini, əxlaqı, adət-ənənəsi, mental dəyərləri, ən əsası, ruhu bir olan ən yaxın qonşumuzun başına bomba yağdırır!..
Müharibə ölümdür, qan-qadadı, göz yaşı, dərddi, bəladı!..
Müharibə dəli olmuş dünyanın aqoniyasıdır!..
Buna sevinənlər, əslində, dəlinin əlinə bel verən...dəlilərdir! (Qoy, bu da mənim subyektiv fikrim olsun)