Firuz Mustafa - Hər şeyin...

YAZARLAR 09:07 / 10.09.2025 Baxış sayı: 1911

* Hər şеyin yаlnız pul həll еtdiyi cəmiyyətdə ən müqəddəs məbəd qəbiristаnlıqdır.

* Hər şеyin vахtа еhtiyаcı var, həttа, vахtın dа.

* Hər güclü kişinin arxasında zəif bir qadın, hər parikli xanımın arxasında bir keçəl kişi dayanmalıdır.

* Hər аdаmın öz dövrü оlduğu kimi, hər dövrün də öz аdаmı оlur.

* Hər kəs öz xoşbəxtliyi üçün özü xərc çəkməlidir. Əlbəttə, burada söhbət “cibxərcliyindən” yox, ömürdən gedir. Bəzən bir anlıq xoşbəxtlik üçün bir ömrü “xərcləmək” lazım gəlir.

* Hər kəsin ömrü bir tamaşadır. Amma tamaşaçı yoxdur; vəziyyət bu günkü əksər teatrlardakı kimi ağlamalıdır.

* Hər kəsin ilk baxışdan bağışladığı qısa təəssürat, həmin adamın yaşadığı bütöv bir ömrün vitrinidir.

* Hər kəsin ən adi yazısına belə onun özündən asılı olmayaraq daxili eqosu, hikkəsi, sevinci, böyülüyü, kiçikliyi, bir sözlə öz “izmi” hopur. Ən çox da çoxunun primitivizmi. Bəli, primitiv olmaq - bu da bir həyat tərzidir.

* Hər kəsin qeyri- fiziki dəyərini onun banklara olan fiziki borcunun kəmiyyətinə görə müəyyənləşdirmək mümkündür.

* Hər kəsin simasında bir zülmət axtarmaq indi az qala hamının şakərinə çevrilib. Gəlin hərdən o zülmətdə bir işıq da axtaraq zatən.

* Hər kəsin düşməni öz dахilindədir, həmin düşməni öldürmək qəsdiniz оlsа, öz həyаtınızı itirəcəyinizdən çəkinməyin.

* Hər kəs öz dünyasının qulu və ağası olsa, ağalar və qullar dünyası dağılıb gedər

* Hər kəs özünü dərk edəndən sonra insana çevrilməyə başlayır.

 

"Buz üstə yazılmış sətirlər" kitabından