Fərhad Tapdıqoğlu - Olmuş əhvalatlar -6

YAZARLAR 09:08 / 22.09.2025 Baxış sayı: 2039

 

                                                                   ( dodaqqaçdl)

Cabir müəllim bu müəssisədə əvvəllər də işləmişdi.Bir müddət başqa yerdə, başqa işdə çalışıb,yenidən bura qayıtmışdı.Sex rəisi idi.

Həmin sexdə digər qiymətli materiallarla bərabər,kustar üsulla hazırlanan elektrik sobalarına ( ona "plitka" deyirdik) qoyulan spiralların materialı nixrom da işlənirdi.

90- cı illərin əvvəlləri idi.Öz doğma ocaqlarından didərgin düşən ,hardasa heç bir şəraiti olmayan yerlərdə məskunlaşan bəzi qaçqın - köçkünlər ,adətən belə sobalardan istifadə edirdilər.Həmin sobalar üçün ən münasib ,keyfiyyətli spirallar üçün xammal olan nixrom məhz bu sexdə idi .

Həmin müəssisədə şöbə rəisi işləyən Bayram müəllim ,Cabir müəllimdən bir neçə dəfə spiral ( sexdə həmin nixromlar spiral şəklinə salınıb ,bala- bala xırıd edilirdi) istəsə də ,o verməyib demişdi:

---Bayram müəllim,mən nətər verim axı?! Norma ilə verilir sexə.

(Əslində çıxdaş aktı yazıb,

materialdan silir, spiral hazırlayıb,satlr," çörəkpulu " qazanırdılar.Hələ mən başqa qazanc yollarını sadalamıram...)

Cabir müəllim də belə işlərdə səriştəsiz deyildi.

Doğrudur,bu sexə rəis təyin olunduğu cəmi bir ay olsa da,əvvəllər işlədiyi sexlərdən " təcrübə"si vardı.

Həmişə belələri orqan işçilərindən qorxurdular.Yəqin niyəsini başa düşdünüz.

...Bir gün Bayram müəllim saat 20-də keçirilən sellektor müşavirəsi bitdikdən sonra sexlər daxili telefonla Cabir müəllimə zəng edib ,səsini bir az dəyişərək ( cib dəsmalını

telefonun mikrofonu üzərinə qoyaraq) dedi:

--Axşamınız xeyir olsun. Sex rəisi Cabir Məmmədovdur,eləmi?Sizi narahat eləyən " uşactkovı"( sahə müvəkkili) Hüseynovdur.Mən aldığım məlumata əsasən Sizin rəis olduğunuz sexdə oğurluq halları olur.Xahiş edirəm ,qarşısını alın.Yoxsa nəticəsi pis olar.

Cabir müəəlim:

--Ay rəis ,Vallah mən yaxınlarda sexi qəbul eləmişəm.Yəqin əvvəllər olub- həyəcanla cavab verdi .

---Sizə inanıram.

Həə,Cabir müəllim ,mənə bir 10 ədəd spiral verə bilərsinizmi? Qaçqın qohumlar var ,şəraitləri pisdir.Qaz yox,qaldıqları yerlər soyuq... Onlara verəcəm.

---Baş üstə rəis.Gətirim kabinetinizə?

--Xeyir ,sabah özüm saat 2- də zavoda gələcəm.Sizinən görüşərəm, verərsiniz.

Xudafizləşdilər .

Ertəsi gün saat 2- də Bayram müəllim Cabir müəllim rəis olduğu sexə getdi.

--Salam ,Cabir müəllim.Məndən səhə müvəkkili Hüseynov xahiş etdi ki,Sizə yaxınlaşım.Nəsə verməlisiniz ona .

Cabir müəllim əsəbi halda:

--Özü hardadı?Mən şəxsən onu görüb ,söhbət

eləməliyəm.Kimsə ona çatdırıb ki,sexdə oğurluq halları olur- dedi.

Bayram müəllim:

-- Qəsəbədə cinayət baş verib.Dedi ki,ora gedir.

---Yox ee,mən şəxsən ona verməliyəm bunu- əlindəki bükülünü göstərdi.

Bayram müəllim:

---Nə deyirəm, özünüz bilin.Amma yaxşı deyil,məndən xahiş eləmişdi- deyərək ,uzaqlaşmaq istədi.

Cabir müəllim,bir az tərəddüd etdi ,sonra bükülünü Bayram müəllimə uzadaraq dedi:

--Bayram müəllim,verin ona bunu.Amma deyin ki,mən onu görmək istəyirəm.

Cabir müəllim:

-- Narahat olmayın - dedi.

Bir neçə metr gedəndən sonra arxaya çevrilib:

--Cabir müəllim,çox sağ olun " uçastkovı" Hüseynov mənəm - deyib bərkdən güldü Bayram müəllim.

Cabir müəllim bir az duruxdu ...və dedi:

-- Bayram ,hələ məni belə aldadan olmamışdı.Əvəzin çıxacam səndən.

Bayram müəllim ona yanıq verə- verə :

--- Bax adamı belə aldadarlar - dedi."Qud bay ,Ağabala"...

Olmuş əhvalatı adları dəyişərək ,yazdı