Ramiz Qusarçaylı - Anama
Ədəbiyyat
14:05 / 15.12.2025
Baxış sayı: 512
Ruhun şad olsun, anam!
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası,
anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası,
anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası,
anam...
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam...