Ağaevli Əli Hacı - Axmayan sular da dəyişir dadın,

Ədəbiyyat 12:32 / 15.12.2025 Baxış sayı: 603

 

Pəncərən önündə lal baxışların,

rəng vurur üşüyən bu sakitliyə !

Boğulan havamın səssizliyində

gözlərin su verir,su sakitliyə !

 

Bəxtin ölçüsü yox,yoxdu qəmində

dodağlar çat verməz şehli çəməndə !

Günahın varsa da öz əməlində

soyunub ruhunu,yu sakitliyə !

 

Axmayan sular da dəyişir dadın,

dəyişmir günahlar,dəyişmir adın !

Doymuram sən ömrü,dünyamız-Qadın

mən verən sevgini,ye sakitliyə !