Elnur Uğur Abdiyev - Qoşulasan bir buluda...
Ədəbiyyat
15:00 / 15.12.2025
Baxış sayı: 460
Qoşulasan bir buluda,
Yağışa dönüb yağasan.
Yerin hamilə sancısın,
Göyün bətnindən doğasan.
Açasan yaxanı yerə,
Yer öpə yağış üzünü.
Döyəsən,döydükcə sevə
Həyatın - alqış üzünü.
Qoşulasan bir buluda,
Ya qara, ya da ağ ola.
Yağasan yerin bətninə,
Hər damlan bir uşaq ola