Əşrəf  Veysəlli - SÖZ

Ədəbiyyat 09:27 / 16.04.2026 Baxış sayı: 332

 

Bir köhlənin arxasınca köks ötürürəm,

Hələ əlim yetişməyib yüyənə kimi.

Kirpiyimlə ocaq çatıb od götürürəm,

Deyilməli bir kəlməni deyənə kimi.

 

Qələmimdir ürəyimi anlayan, duyan,

Ürəyim də qələmimi səyridir, çapır.

Sözdür mənim gözlərimə süzülən ziya,

Sözdür mənim taleyimə açılan qapı.

 

Bu yollarda gör nə qədər ağlayan, gülən,

Yol gedirəm dalğaları yara- yara mən.

Bircə sözün küləyindən yıxıla bilən

 

 

Görüşlərdə, məclislərdə düçmürəm yada,

Sözsevənlər arasında adım deyilmir,

Kəlmələrin ocağında qızınmasam da,

Tüstüsünə kor oluram, bəsim deyilmi?

Həqiqəti ört-basdıtda sir saxlayamlar

Bu dümyanı söz selində boğanlar olub.

Gecələri kirpik ilə cırmaqlayanlar

Dodağında söz günəşi doğanlar olub.

 

Azmı olub kirpik ilə od götürənlər,

Duyğuları şirinləşib söz olmayınca.

Azmı olub öz ömrünü bada verənlər

Bir gözəlin dodağından söz almayınca.

 

Söz də var ki, şirinlikdə şəkərdi, qənddi

Söz də var ki, onu sözlə söyləmək çətin.

Bəlkə elə neçə xalqın, neçə millətin

Taleyinə doğan günəş bir sözə bənddi…

 

Bu yollarda gör nə qədər ağlayan, gülən,

Yol gedirəm tufanları yara- yara mən.

Bircə sözün küləyindən yıxıla bilən

Bir ürəyi tapşırmışam tufanlara mən.