Tərlan Əbilov - Havalar çox isti keçir

Ədəbiyyat 12:21 / 16.04.2026 Baxış sayı: 244

Havalar çox isti keçir,

ağla məni, yağış eylə...

İlməsi qaçmış bəxtimi

toxu, naxış-naxış eylə.

 

Al, günlərimi qarışdır,

Tənbəl bəxtimi çalışdır.

Məni özünlə barışdır,

yüz ildə bir barış eylə.

 

Ac qalma doyduğun məndə,

Gec qalma qıydığın məndə,

Xaraba qoyduğun məndə.

təzədən yır-yığış eylə.