Elnur Uğur Abdiyev - Oyun bilməyə- bilməyə...
Ədəbiyyat
09:45 / 16.04.2026
Baxış sayı: 344
Oyun bilməyə- bilməyə,
Dünyayla şahmat oynadım.
O piyada verdi önə,
Eh,mən səfeh at oynadım.
Upuzun yol bir saniyə,
Özüm- özümə maneə.
Gəldim sonu bu faniyə,
Gəldim bir şah,at oynadım!
Gəldim uduza- uduza,
O uddu,döndü quduza.
Sonu dirəndi sonsuza,
Çəkdim bir ah mat oynadım.