Elnur Uğur - Zahirdə əcaib...

Ədəbiyyat 11:32 / 03.08.2025 Baxış sayı: 2078

Zahirdə əcaib,

Batinləri kirlər.

Varlığı qəraib,

Bu alimi-pirlər!

 

 

Anlamaz anlamaz,

Ha dura pişnamaz,

Aldığı dəstamaz,

Batildi, ay ərlər!

Mən bir dəli gördüm,

Adı Əli, gördüm!

Çox gülməli gördüm,

Ağladım,ay ellər!