Ağaevli Əli Hacı : - Suda saçın yolan pəri,

Suda saçın yolan pəri,
suyun qurusun,qurusun !
Yolda azıb qalan biri,
suyun durulsun,durulsun !
Oxunmadı alın yazın,
baş-bu yazın,əl-payızın !
Özgəsiylə qaçan qızın,
üzü qaralsın,qaralsın !
Öz ağzında bişir sözü,
söz ağızdan düşər özü !
Tərəzidi bəşər gözü,
sözün yarısın,yarısın !
Yol yeridi bu dərd mənlə,
biri sənlə,dördü mənlə !
Dost yerimir dərd əmənlə,
yeyən yorulsun,yorulsun !
Gəl,bəxtimin qara günü,
qarasından dara günü !
Qov,bu üzdən gora günü,
Göy gurlasın,yer yarılsın !