Fransa kanalı Ermənistanı xəritədən sildi

10:35 / 26.03.2025 Baxış sayı: 1014

 

Fransanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.

Yenises.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.

"Mən qətiyyən inanmıram ki, bu, "Arte France"da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu..." - Buisson yazıb.

Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni "günahkar" çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər./axar.az