Əlirza Həsrət- ŞEİR OXUYURDU ƏSƏD CAHANGİR
(Şuşada Vaqif Poeziya Bayramında şeir oxuyan,ədəbiyyatımızın parlaq Ulduzu Əsəd Cahangirin şərəfinə)
Şuşa torpağını basıb bağrına,
Şeir oxuyurdu Əsəd Cahangir.
Ətrini qoxlayıb Xarıbülbülün,
Kürsüdə şax durdu Əsəd Cahangir.
Ucalır göylərə bax,pillə-pillə,
Quşlar köks ötürür bir şirin dillə.
Hər sözü bir raket,bir odlu güllə,
Özü də bir Ordu,Əsəd Cahangir.
Vaqif əl eləyir,durnalar köçür,
Natəvan özünə qərənfil seçir.
İsa bulağının suyundan içib,
Sözdən qala qurdu Əsəd Cahangir.
Dönüb Cıdır düzü mərd oylağına,
Şeir bayramına,söz növrağına.
Məni də Şuşaya aparmağına,-
Ürəkdən söz verdi Əsəd Cahangir.