Aləmzər Sadıqqızı - Sən yoxsan həyatın nə mənası var..

Ədəbiyyat 14:37 / 28.03.2026 Baxış sayı: 462

.

Sən mənim ömrümə yazılan sevinc...

Bəs nədən bu qədər kədər dadırsan?

Hər axşam qap-qara gecə yeyirəm...

Bəs niyə içimdə səhər dadırsan?

 

Sən yoxsan həyatın nə mənası var...

Nə də dərdlərimin bir çarəsi var...

Könlümün yüz dərdi, yüz yarası var...

Ondanmı bu qədər qəhər dadırsan?

 

Ömrün payızında yaz kimi gələn...

Gözümdə gül açan, söz kimi dinən...

Payızda yetişib nübara dönən...

Ən şirin, ən gözəl bəhər dadırsan.

Aləmi tapmamış niyə itirdin...?

Bu gözəl sevdanı necə bitirdin?

Ömrümə bu qədər məna gətirdin...

Bəs niyə bu qədər hədər dadırsan?!

28.3.20163