MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib

Gündəm 11:52 / 27.03.2026 Baxış sayı: 423

Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Yenises.az xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - paylaşımda qeyd edilib.