Elnur Uğur Abdiyev - Elə hönkürürəm bu insanlığa...
Ədəbiyyat
09:27 / 28.03.2026
Baxış sayı: 430
Elə hönkürürəm bu insanlığa,
Hər yaşda gözümdən adamlar düşür.
Hər səhər gülərüz açdığım günün,
Gecəsi bəxtimə edam,dar düşür.
Bu necə sazaqdır, bu necə şaxta,
Acıdım su üstə o donmuş vaxta.
İstədim qartopu oynayım, baxta-
Gördüm lopa- lopa sulu qar düşür.
Elnur, sevgin olsun nifrət eyhamı,
Duyğusuzlar baxıb alsınlar kamı.
Çoxdan dəyişərdim çoxdan dünyamı,
Yaxşı ki,könlümə hərdən yar düşür.