Əlizadə NURİ - Yadında qalan qədərəm
Ədəbiyyat
20:50 / 28.03.2026
Baxış sayı: 297
Günah sənsən, günahkar mən,
Cəza almış can qədərəm.
Bütün qanımı tökmüsən-
Yerdə qalan qan qədərəm...
Nə ağırmış şərtin, Allah?
Bu bəşərdi, şərdi Allah?
Dünən bir şəhərdim, Allah
Bu gün xaraban qədərəm.
Bu kül ki, yandığım deyil,
Verdiyim-aldığım deyil.
...Yanında qaldığım deyil-
Yadında qalan qədərəm...