Əlirza HƏSRƏT - İKİ HƏKİM

YAZARLAR 20:35 / 17.09.2025 Baxış sayı: 2120

 

....Müalicə həkimi yaraşıqlı Gülbuta xanım əlində tutduğu dərmanlara baxıb,hansı xəstələrə şəfa,faydalı olduğunu elə ürəkdən,elə ağız dolusu,qaş-gözünü süzə-sezə,elə şirin-şirin vurğulayırdı ki...

...Aptek müdiri,gözəl əczaçı həkim qız Lain xanım da,əlində tutduğu salafan torbadakı dərmanların hansı xəstəliyin müalicəsi üçün,hansı xəstələrə faydalı olduğunu elə gözəl,elə sevə-sevə,elə sevinə-sevinə,elə gülümsünə-gülümsünə izah eləyirdi ki..

...Ürəyimdən keçdi ki,bəlkə də dünyanın ən xoşbəxt,ən bəxtəvər,ən sevdalı adamı olmaq deməkdir bu iki gözəl,yaraşıqlı həkim qızların xəstəsi olmaq...