Əli Hacı Ağaevli- Mən,sənin bu dünyada
·
Mən,sənin bu dünyada
Yaşamına bir hörgü !
Hər gün,yanında olan,
Dilsiz,ağızsız sevgi !
Necə açıb söyləyim...
Şəkər bildim acını !
Sənə çoxu düşməsin,
Yarı böldüm acını !
Yığdım quzeydən qarı,
Gündöyən ac qalmasın !
Səni sirrim tək açdım,
Sözdeyən ac qalmasın !
Açdım yaxamı hər gün,
Çəkdiyin o,ahlara !
Dağ sinəmdən yol açdım,
Sən,çıxan sabahlara !
Özü,öz yerin bilən
Sevgim-dilsiz,ağızsız !
Oluma sözdən yaxın,
Bu qələmsiz,kağızsız !
Mən,sənin bu dünyada
Yaşamına bir hörgü !
Hər gün,yanında olan,
Dilsiz,ağızsız sevgi !